Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Peruda 62 nəfər daşqınların qurbanı oldu

17 Mart 2017
Peruda güclü daşqınlar 62 nəfərin ölümü ilə nəticələnmişdir. Bu barədə ölkənin hakimiyyət orqanları məlumat vermişdir.

“Globovision” telekanalının xəbərinə görə, təbii fəlakətə Sakit okeanda “El-Nino” qasırğası səbəb olmuşdur. Ölkənin 25 regionundan 20-si daşqınlardan zərər çəkmiş, ümumilikdə 70 nəfər yaralanmış, 11 nəfər itkin düşmüşdür. Azı 56 min perulunun əmlakı ziyan çəkmiş, yaxud məhv olmuşdur.
Hökumətin qərarı ilə srağagün ölkənin paytaxtı Limanın məktəblərində məşğələlər dayandırılmışdır.