Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

17 Mart 2017
Martın 17-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 73-cü iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas iştirakçıları MDB ölkələrinin innovasiya sahəsində əməkdaşlığına dair Dövlətlərarası Proqram (2020-ci ilədək) ilə bağlı məsələləri, o cümlədən bu proqramın 2017-2020-ci illərdə icrasına dair Kompleks tədbirlər layihəsini nəzərdən keçiriblər.

Bundan əlavə, MDB ölkələrində ümumi əmək bazarının mərhələlərlə formalaşdırılması və MDB məkanında işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi Konsepsiyasının layihəsi də ətraflı müzakirə olunub.

İqtisadi Şuranın üzvləri MDB-də toxumçulq məsələlərinə dair Hökumətlərarası Əlaqələndirmə Şurasının fəaliyyəti, Birlik ərazisində beynəlxalq avtomobil yollarına dair Protokolun icrasının gedişi ilə tanış olublar.

İclasda bir sıra büdcə-maliyyə məsələləri nəzərdən keçirilib.

MDB İqtisadi Şurasının növbəti iclasının bu il iyunun 16-da Moskvada keçirilməsi qərara alınıb.

 

AZƏRTAC