Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2016-cı ildə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal 5 faiz artıb

17 Mart 2017
Martın 17-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edən Baş nazir Artur Rasi-zadə 2016-cı ildə iqtisadiyyatın qeyri-neft sektorunda istehsalın 5 faiz artdığını deyib.

AZƏRTAC xəbər verir ki, Baş nazir qeyri-neft sənayesinin inkişafında texnologiya və sənaye parklarının yaradılması konsepsiyasının əsas götürüldüyünü vurğulayıb. Artur Rasi-zadə deyib ki, artıq Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Balaxanı Sənaye Parkı da fəaliyyət göstərir. Ötən il 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərə toxunan Baş nazir bildirib ki, bu işlər nəticəsində mövcud istehsal 2,6 faiz artıb. Əsas kapitala yönəldilən 15 milyard manatdan çox vəsaitin 45 faizi qeyri-neft sektorunun payına düşüb.