Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 10-dək davam edəcək

17 Mart 2017
Azərbaycanda 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu martın 16-dan başlayıb və aprelin 10-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 17-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hələlik sənəd qəbulu aparıldığından imtahanların dəqiq tarixi məlum deyil. Çünki hələ, hansı qrupa neçə nəfər abituriyentin sənəd verdiyi bilinmir. Sənəd qəbulu başa çatdıqdan sonra dəqiq günlər müəyyənləşəcək.

M.Abbaszadə qeyd edib ki, I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının ilk mərhələsində iştirak etmək istəməyənlər II mərhələsində iştirak edəcəklər. Hər iki imtahanda iştirak etmək istəyənlər isə mütləq indi qeydiyyatdan keçməlidirlər.