Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İmtahan Mərkəzi İctimai Şura yaradır

17 Mart 2017
Dövlət İmtahan Mərkəzi ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, bu prosesin şəffaflığının təmini məqsədilə İctimai Şura yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq məqsədilə ərizə qəbulunun başlanması ilə əlaqədar martın 17-də keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadə diqqətə çatdırıb ki, İctimai Şura DİM Direktorlar Şurası tərəfindən formalaşdırılacaq. Proseslərə cəlb olunmazdan əvvəl şura üzvlərinə təlimlər keçiriləcək, onlara hüquq və vəzifələri izah ediləcək.