Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan XVIII Dünya Su Konqresinin Bakıda keçirilməsi üçün namizədliyini verəcək

17 Mart 2017
Azərbaycan XVIII Dünya Su Konqresinin Bakıda keçirilməsi üçün namizədliyini verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya Su Şurasının 61-ci sessiyasında "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

O bildirib ki, Beynəlxalq Su Resursları Assosiasiyasının XVIII Dünya Su Konqresinin, Dünya Su Forumunun növbəti toplantılarından birinin Bakıda keçirilməsinə namizədliyini irəli sürəcək.

Q.Hüseynov qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq Birinci Bakı Beynəlxalq Su Həftəsi keçirilir. "Azərsu" ASC Dünya Su Şurasının ən gənc üzvlərindəndir. Azərbaycan hökuməti su sektoru və ətraf mühitə böyük diqqət yetirdiyi üçün Dünya Su Şurasında fəaliyyətimizi dəstəkləyir. Biz də öz növbəmiz də bu Şuranın işinə fəaliyyətimizlə töhfə verib, onların təcrübələrindən faydalanacağıq.