Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Petro POROŞENKO: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycanın inkişafına mühüm töhfə verəcək”

17 Mart 2017
 

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması barədə qərar xarici ölkələrdə də müsbət rezonans yaradıb. Birinci vitse-prezidentin poçtuna daxil olan məktublar, ona ünvanlanan təbriklər, həmçinin xarici elektron və yazılı KİV-də bu barədə çoxsaylı telereportajların və məqalələrin yayılması beynəlxalq ictimaiyyətin də bu təyinatı razılıqla qarşıladığını əyani göstərir.

Ukrayna Prezidenti Petro Poroşenko da bu məsləyə münasibət bildirib. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən, Azərbaycanla strateji müttəfiqlik münasibətinə böyük önəm verdiyini vurğulayan Petro Poroşenko Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Mehriban xanım Əliyevaya təbrikinin çatdırılmasını xahiş edib. Ukrayna Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərini vurğulayıb, bu uğurlu təyinatın Azərbaycanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

 

“Azərbaycan”