Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Professor Havar Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin olunub

16 Mart 2017
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 mart tarixli Sərəncamı ilə professor Havar Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.

Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamına əsasən yaradılıb.

Bu ali təhsil müəssisəsinin yaradılmasının əsas məqsədi ölkədə mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.