Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Niderlandda seçkilərdə Rüttenin partiyası qalib gəldi

16 Mart 2017
Niderlandda parlament seçkilərində Baş nazir Mark Rüttenin rəhbərlik etdiyi Xalq Azadlıq və Demokratiya Partiyası qalib gəlmişdir. Bu barədə TASS agentliyi xəbər verir.

İlkin məlumata görə, Rüttenin partiyası 150 mandatlıq parlamentdə 33 yer qazanmışdır.

Gert Vildersin başçılıq etdiyi ifrat sağçı “Azadlıq Partiyası” 20 mandata yiyələnmişdir. Onunla birlikdə “Xristian-demokrat çağırışı” və “Demokratlar-66” partiyaları ikinci yeri bölüşdürür.

Yeni Nazirlər Kabinetini təşkil etmək üçün parlamentarların yarıdan çoxunun dəstəyi lazımdır. İlkin nəticələrə uyğun olaraq, koalisiya hökumətini azı dörd partiya formalaşdıracaq.

Seçkilərin rəsmi nəticələri martın 21-də elan olunacaq.