Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda İŞİD-in 17 terrorçusu məhv edildi

16 Mart 2017
NATO-nun pilotsuz təyyarəsi Əfqanıstanın şərqində yerləşən Nənqərhar əyalətində İŞİD terrorçularının obyektlərini vurmuşdur. Nəticədə 17 ekstremist öldürülmüşdür. Bu barədə əyalət qubernatorunun mətbuat katibi Ataulla Xoqyaniyə istinadən “Anadolu” agentliyi xəbər verir.

Xoqyaninin dediyinə görə, aviasiya zərbələri terrorçuların Açin qəzasındakı obyektlərinə endirilmişdir. Məhv edilmiş terrorçuların hamısı xaricdən gələn muzdlulardır. Hava hücumu zamanı dinc sakinlər zərər çəkməmişlər.