Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kim Çen Namın ailəsi onun cəsədini götürməkdən imtina edib

16 Mart 2017
Fevral ayında Kuala-Lumpurda qətlə yetirilmiş Kim Çen Namın qohumları onun cəsədini götürməkdən imtina ediblər.

AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, Şimali Koreya liderinin qardaşı Hamın doğmaları cəsədin taleyinin həll olunmasını Malayziyanın hakimiyyət orqanlarının ixtiyarına buraxıblar. Ölkə polisinin başçısı Nur Rəşid İbrahimin sözlərinə görə, bununla bağlı mərhumun ailəsinin razılığı alınıb. O, həmçinin qeyd edib ki, diplomatik konfliktə baxmayaraq, hökumətin hər hansı qərarı KXDR nümayəndələri ilə müzakirə olunacaq.

Xatırladaq ki, Kim Çen Nam Malayziya aeroportunda kimyəvi silah sayılan maddə (VX Nerve Agent) ilə zəhərlənərək öldürülüb. Malayziya polisi hələlik onun qətlində KXDR-in əli olduğu barədə tam dəlil-sübut toplaya bilməyib.