Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ali dövlət mükafatı alimə təqdim olunub

16 Mart 2017
Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuş, Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimova ali mükafatı təqdim edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, T.Mütəllimovun elm və təhsilin inkişafı sahəsindəki səmərəli fəaliyyətindən danışan nazir ona uğurlar arzulayıb.

Professor T.Mütəllimov əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlığını bildirib.