Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qeyri-neft sektorunda ÜDM istehsalı 2,3 faiz artıb

16 Mart 2017
 

Cari ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10 milyard 42,6 milyon manatlığa çatmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM isə 1035,6 manata bərabər olmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi daxili məhsulun 46,7 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 15,8 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.

Bu dövr iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olmuşdur.

 

“Azərbaycan”