Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nicat Abbasov şahmat üzrə Azərbaycan çempionu olub

15 Mart 2017
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 7,5 xalq toplayan qrossmeysteri Nicat Abbasov qalib gəlib.

AZƏRTAC xəbər verir ki, turnirdə 24 şahmatçı, o cümlədən FIDE-nin beynəlxalq adlarının sahibləri olan 17 şahmatçı iştirak edib.

İkinci yeri 7 xalla beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov, üçüncü yeri 6 xalla Vüqar Rəsulov tutublar.