Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

RF baş nazirinin müavini UNESCO-nun baş direktoru vəzifəsinə Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsini dəstəkləyir

15 Mart 2017
Rusiya Federasiyası hökumətinin baş nazirinin müavini Olqa Qolodets Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsini dəstəkləyir.

O.Qolodets bu barədə fikrini martın 15-də TASS agentliyinə müsahibəsində bildirib. O deyib: “Polad Bülbüloğlu gözəl insan və ictimai xadimdir. O, dünya mədəniyyətinə dərindən bələd olması, mədəni inkişafın tarixini gözəl bilməsi, həm də hər bir milli mədəniyyətin dəyərini hiss etməsi ilə fərqlənir”.

 

AZƏRTAC