Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb

15 Mart 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri martın 15-də başa çatıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli rəsmi şəxsləri yola saldılar.