Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçiriləcək

15 Mart 2017
Cənubi Koreyada növbədənkənar prezident seçkiləri bu il mayın 9-da keçiriləcək. “Röyter” agentliyinin xəbərinə görə, müvafiq qərarı ölkənin Dövlət Şurası qəbul etmişdir.

Agentlik qeyd edir ki, ötən ilin dekabrından bəri dövlət başçısının səlahiyyətlərini icra edən Baş nazir Hvan Kyoan seçkilərdə iştirak etməyəcək. Səsvermə Prezident Pak Kın Xenin korrupsiya qalmaqalına görə hakimiyyətdən kənarlaşdırılması ilə əlaqədar keçiriləcək. Martın 10-da Konstitusiya Məhkəməsi onun hakimiyyətdən uzaqlaşdırılması barədə parlament qərarını təsdiqləmişdir.

Qalmaqala səbəb eks-prezidentin yaxın rəfiqəsi Çxve Sun Silin hərəkətləri olmuşdur. Sil dövlət başçısı ilə münasibətlərindən sui-istifadə edərək onlarca iri firmanı iki qeyri-kommersiya fonduna pul köçürməyə məcbur etmişdi. Söhbət 77,4 milyard von (65,6 milyon dollar) məbləğində puldan gedir.