Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İŞİD İraqın strateji bölgəsini yenidən ələ keçirdi

15 Mart 2017
İŞİD terrorçuları İraqın Mosul şəhərinin şimal-qərbində yerləşən Baduş bölgəsini yenidən ələ keçirmişlər. Bu barədə “Anadolu” agentliyinə İraq ordusunun mayoru Əbdüləziz Düleymi məlumat vermişdir.

Düleyminin dediyinə görə, terrorçular üç minalanmış avtomobili partladıb, raket, minomyot və ağır silahlar tətbiq edib Həmidat yaşayış məntəqəsinə basqın etmişlər. Sürətli hücum nəticəsində Baduş bölgəsi cəmi bir saatdan sonra İŞİD-in əlinə keçmişdir.

İraq ordusunun nümayəndəsi məlumat vermişdir ki, beynəlxalq koalisiyanın aviasiyası zəbt olunmuş bölgəni azad etmək üçün İŞİD-in obyektlərini havadan vurmağa  başlamışdır: “Döyüş nəticəsində bir çox hərbi qulluqçu həlak olmuş, yaxud yaralanmışdır. Ordunun mərkəzi komandanlığından döyüş zonasına əlavə qüvvə göndərməyi xahiş etmişik”.

Baduş bölgəsi strateji əhəmiyyət daşıyır. İŞİD-in nəzarəti altında olan ərazilərə gedən yol bu bölgədən keçir.