Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suriya münaqişəsində 800-dən çox tibb işçisi həlak olub

15 Mart 2017
Suriyada 800-dən çox tibb işçisi silahlı münaqişənin qurbanı olmuşdur. Bu barədə Britaniyanın “The Lancet” jurnalının apardığı tədqiqatda məlumat verilir. Onların ölümünə xəstəxanalara hava hücumları, döyüş əməliyyatları, həmçinin işgəncə və edamlar səbəb olmuşdur.

Tibb müəssisələrinə hava hücumlarını daha çox Bəşşar Əsədin və onun müttəfiqlərinin qoşunları həyata keçirir. 2014-cü ildə xəstəxanalar 86 dəfə, 2015-ci ildə 122 dəfə, 2016-cı ildə 199 dəfə hücuma məruz qalmışdır.

Tədqiqatda deyilir ki, 2011-ci ilin martından 2016-cı ilin sentyabrınadək 782 tibb işçisi, o cümlədən 247 həkim öldürülmüşdür. 2016-cı ilin sentyabrından indiyədək ölkədə azı 32 tibb işçisi həlak olmuşdur. Beləliklə, ölənlərin ümumi sayı 814 nəfərə çatmışdır.

Münaqişə başlayandan bəri suriyalı həkimlərin təxminən yarısı - 15 min nəfər ölkəni tərk etmişdir. Suriyada yüz minlərlə vətəndaşın tibbi yardıma əli çatmır.