Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslam Həmrəyliyi Oyunları zamanı paytaxtın küçə və yollarında xüsusi qaydalar tətbiq olunacaq

15 Mart 2017
IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxtın küçə və yollarında xüsusi qaydalar tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 15-də keçirilən mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Xalid Ələkbərov məlumat verib.

Bildirilib ki, IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə keçirilməsini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyat hərəkətinə və parklamaya məhdudiyyət tətbiq ediləcək. Atılan addımların əsas məqsədi ərazidə yaşayan sakinlərin gündəlik həyatına və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatçılığı minimuma endirməkdir.

Oyunlar zamanı yarış məkanlarının bilavasitə ətrafında nəqliyyatın hərəkətinə nəzarət zonası yaradılacaq ki, bu zonalara ancaq xüsusi buraxılışı olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya girişi qadağan olunacaq.