Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “Xruşovka”lar söküləcək, yerində 20-30 mərtəbəli binalar tikiləcək

15 Mart 2017
Paytaxtın 1-ci mikrorayon ərazisində “Xruşovka” tipli mənzillər söküləcək, yerində müasir 20-30 mərtəbəli binalar tikiləcək. AZƏRTAC xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. Onun sözlərinə görə, həmin ərazidə ilk növbədə tikinti işlərinin aparılması üçün yerlər boşaldılacaq və müasir infrastruktur yaradılacaq. E.Əsədov bildirib ki, köçürülən sakinlərə müvəqqəti qalmaq üçün müvafiq kompensasiya ödəniləcək.