Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suriya münaqişəsinin nizamlanmasına dair Astana danışıqlarının müddəti uzadılıb

15 Mart 2017
Suriya münaqişəsinin nizamlanmasına dair Astana danışıqlarının müddəti uzadılıb. Suriya müxalifəti martın 16-da atəşkəs rejiminin qarant ölkələri - Türkiyə, İran, Rusiya ekspertləri ilə görüş keçirəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Anuar Jaynakov bildirib.

“Danışıqlarda silahlı müxalifət nümayəndələrinin iştirakına gəldikdə, bu axşam Cənub və Şimal cəbhələrinin nümayəndələrinin Astanaya gəlməsi gözlənilir. Onlar sabah qarant ölkələrinin ekspertləri ilə hərbi əməliyyatların dayandırılması məsələsini müzakirə edəcəklər”.