Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mardində PKK terrorçularının hücumu nəticəsində Türkiyə ordusunun iki əsgəri şəhid olub

15 Mart 2017
Türkiyədə, Mardin-Diyarbəkir magistralının Mazıdağı Üçyol bölgəsindən keçən hissəsində PKK terrorçularının əvvəlcədən hazırladıqları bombanı təhlükəsizlik qüvvələrinin hərəkəti zamanı işə salmaları nəticəsində iki əsgər şəhid olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, terror aktından sonra bölgədə hərbi hava qüvvələrinin dəstəyi ilə genişmiqyaslı əməliyyat başlanıb.

Partlayışdan dərhal sonra magistralda hərəkət dayandırılıb. Jandarm qüvvələri hadisə yerində təhqiqat aparırlar.