Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Böyük İpək yolu” beynəlxalq turniri IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır

14 Mart 2017
Azərbaycanda boks üzrə IX “Böyük İpək yolu” beynəlxalq turnirə start verilib.
AZƏRTAC xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, yarışda qadın komandaları da iştirak edir. Üç gün davam edəcək turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam heyətlə yarışacaq. Bundan başqa, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan və Qətər seçmələri də turnirdə təmsil olunurlar.

Qadınların mübarizəsində isə komandamızdan başqa, Türkiyə, Ukrayna və Belarus boksçuları da çempionluq uğrunda mübarizə aparırlar.
Turnir mayda ölkəmizdə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır. Yarışdan sonra “Bakı-2017”də mübarizə aparacaq boks üzrə milli komandanın heyəti formalaşdırılacaq.

Ümumilikdə 100-dək boksçunun iştirak etdiyi turnirə martın 17-də yekun vurulacaq.
“Böyük İpək yolu” beynəlxalq turnirin baş hakimi rusiyalı Valeri Laptevdir.