Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İlaxır çərşənbə” karvanı “Atəşgah”dan od götürüb geri qayıdır

14 Mart 2017
Metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən “Atəşgah”a doğru od götürmək üçün yola düşən bayram karvanı odu götürüb geri qayıdır.

AZƏRTAC xəbər verir ki, bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsi və Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək.

Son dayanacaqda bayram tonqalı alovlandırılacaq, Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.