Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında təmsil olunur

13 Mart 2017
Martın 13-də Avstriyanın Qraz şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları başlayıb.

AZƏRTAC xəbər verir ki, mötəbər yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin 16 idmançıdan ibarət florbol üzrə yığma komandası da iştirak edir.

Yığma komandamızın tərkibi Bakı şəhəri Xəzər rayonu 4, 12 saylı xüsusi internat və Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəblərinin idmançılarından ibarətdir.

Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarına martın 25-də yekun vurulacaq.