Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti ilə görüşüb

13 Mart 2017
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirildi. Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.