Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cüdoçumuz beynəlxalq turnirdə gümüş medal qazanıb

12 Mart 2017
Azərbaycan cüdoçusu Məhəmmədəli Mehdiyev Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirində komandamızın aktivinə gümüş medal yazdırıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz M.Mehdiyev ilk qarşılaşmasına səkkizdəbir final mərhələsində başlayıb. Cüdoçumuz rəqibləri iranlı Vahid Nuriyə, Gürcüstan təmsilçisi Uşanqi Marcianiyə, komanda yoldaşı Əbdülhəqq Rəsulluya qalib gələrək finala yüksəlib. Finalda qazaxıstanlı rəqibi İslam Bozbayeva məğlub olan idmançımız turnirdə gümüş medalla kifayətlənib.