Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cənub bölgəsində 11048 şagird buraxılış imtahanında iştirak edib

12 Mart 2017
Martın 12-də Dövlət İmtahan Mərkəzi ölkəmizin 33 rayonunda ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, 23 rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin cənub bölgəsinə daxil olan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə 11048 şagird buraxılış imtahanında iştirak edib.

Bölgə üzrə 35 imtahan mərkəzində təşkil olunmuş buraxılış imtahanına 96 imtahan rəhbəri, 964 nəzarətçi-müəllim cəlb olunub.

Buraxılış imtahanında iştirak edən şagirdlərə buraxılış vəsiqəsi ilə yanaşı, “Yaddaş kitabçası” da verilib. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.