Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

12 Mart 2017
 

Əziz və hörmətli xanım Mehriban Əliyeva!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunaraq xalqınız qarşısında üzərinizə götürdüyünüz böyük məsuliyyətlə bağlı səmimi təbriklərimi qəbul edin.

Bu yüksək vəzifə Sizə ölkənizə faydalı olmaq, xalqınız tərəfindən sevilmək, siyasi, mədəni və sosial sahələrdə genişmiqyaslı işlər görmək üçün güc, enerji və ilham verəcək.

Mən insanlar arasında sülh və anlaşma, mədəniyyətlərarası dialoqun inkişafı, gənclər arasında möhkəm ünsiyyət, ölkələrimizin sıx iqtisadi əlaqələri naminə birgə işləməyi davam etdirməkdən məmnunluq duyacağam.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Sizinlə görüşmək imkanı yaradacaq yeni tədbiri səbirsizliklə gözləyirəm.

Səmimi dostluq salamları ilə,

 

Marqarita POPOVA,

Bolqarıstan Ticarət Palatasının sədr müavini və baş katibi