Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyəli güləşçi: Əsas məqsədim IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etməkdir

11 Mart 2017
Artıq neçə həftədir ki, təlim-məşq toplanışındayıq. Yarışlara Azərbaycan, Bolqarıstan və Gürcüstan güləşçiləri ilə bir yerdə hazırlaşırıq. Mən “Bakı-2015” ilk Avropa Oyunları və “Rio-2016” Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmışam. Hazırda əsas məqsədim Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etməkdir.

AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri “Bakı-2017”də mübarizə aparacaq türkiyəli güləşçi Taha Akgül deyib.

Taha Akgül bildirib: “Güləşə həvəsi olan gənclərə tövsiyəm odur ki, qarşılarına məqsəd qoyub, yalnız irəliyə baxsınlar. “Bakı-2017”nin dəyərlərinə gəldikdə, mən “Birliy”i seçirəm. Qoy, hər kəs əl-ələ versin, xariqələr yaratsın”.