Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndoneziya Respublikasının vitse-prezidenti M.Yusuf Kalladan

11 Mart 2017
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Zati-aliləri,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin yeni vəzifəyə təyin edilməyiniz İndoneziya və Azərbaycan arasında mövcud dostluq münasibətlərinin hər iki xalqın rifahı üçün daha da genişlənəcəyi və möhkəmlənəcəyi işinə töhfələr verəcək.

Sizə yüksək dövləti vəzifədə uğurlar diləyirəm. Xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

 

 

M.Yusuf Kalla

İndoneziya Respublikasının vitse-prezidenti.