Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti Təhsil Nazirliyində

10 Mart 2017
Martın 10-da təhsil naziri Mikayıl Cabbarov ABŞ-da fəaliyyət göstərən “Salaam Şalom Qardaşlığı” qeyri-hökumət təşkilatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar, Azərbaycanın təhsil sahəsində gender bərabərliyi, dinlərarası dialoq, tolerantlıq və multikulturalizm haqqında məlumat verilib. Həmçinin qonaqların sualları cavablandırılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, “Salaam Şalom Qardaşlığı” təşkilatı yəhudi və müsəlman qadınlardan ibarətdir. Təşkilatın əsas məqsədlərindən biri antisemitizm və islamofobiyaya qarşı mübarizədir.