Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirə olunur

10 Mart 2017
Martın 10-da Milli Məclisin əmək və sosial siyasət komitəsi ilə insan hüquqları komitəsinin birgə iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli gündəlik barədə məlumat verib.

Gündəliyə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi daxildir.

Bildirilib ki, bu Qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.