Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin növbəti plenar iclası keçirilir

10 Mart 2017
Martın 10-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

İclasda deputatlar “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd qoşunları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar. Həmçinin “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.