Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qaragilə şirəsi beyin fəaliyyətini yaxşılaşdırır

09 Mart 2017
Qaragilə şirəsi ahılların beyin fəaliyyətini yaxşılaşdırır.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, Böyük Britaniyanın Ekseter Universitetinin yeni tədqiqatının müəllifləri bu qənaətə gəliblər.

Qaragilədə aşkar edilən kimyəvi maddələr qanın beyinə axıb gəlməsi sürətini artırır, beyini yüksək miqdarda oksigenlə təmin edir. Tədqiqatçılar bu fərqi hiss etmək üçün pensiyaçılara hər gün cəmi 30 milliqram qaragilə şirəsi içməyi tövsiyə edirlər. Əvvəlki sınaqlar göstərib ki, qida rasionu meyvə-tərəvəzlə bol olanda, koqnitiv pozulmaların yaranması ehtimalı azalır.

Qaragilənin tərkibində antioksidant və iltihab əleyhinə təsirli kimyəvi maddələrin miqdarı yüksəkdir. Bu giləmeyvənin beyinə təsirini yoxlamaq üçün mütəxəssislər 65-77 yaşlı 26 adam üzərində tədqiqat aparıblar. Birinci qrupa daxil olanlar hər gün 230 qram qaragiləyə ekvivalent olan qatılaşdırılmış qaragilə şirəsi içiblər, ikinci qrupa plasebo verilib. Beynin MRT müayinəsi göstərib ki, qaragilə şirəsi içən tədqiqat iştirakçılarının baş beyinlərində koqnitiv funksiyalara cavab verən nahiyələrin fəallıq səviyyəsi daha yüksəkdir.