Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər xəstəliklərin insanın üzündən bəlli olan 8 əlamətini sadalayıblar

09 Mart 2017
Amerikalı tədqiqatçılar bildirirlər ki, insanın əziyyət çəkdiyi təqribən 8 xəstəliyi müəyyən etmək üçün onun üzünə baxmaq kifayətdir.

AZƏRTAC Federal Xəbərlər Agentliyinə istinadla xəbər verir ki, ilk növbədə üzün dərisi danışır. Məsələn, yeniyetməlik dövrünü geridə qoymuş insanın sifətində sızanaqlar və iltihab prosesi onun bağırsaq və mədəsində problemlərin olduğunu göstərir. Çox solğun dodaqlar orqanizmdə kəskin dəmir çatışmazlığından xəbər verir. Alın nahiyəsində üfüqi qırışlar dərin düşüncələrə dalmağın deyil, həzm problemlərinin əlamətidir. Şişkin sifət qalxanvarı vəzin fəaliyyətinin yoxlanılmasını tələb edir. Quru saçlar orqanizmin B7 vitamininə, xroniki solğunluq B12 vitamininə ehtiyacı olduğunu göstərir.