Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

07 Mart 2017
Martın 7-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov əvvəlcə gündəliklə bağlı məlumat verib. Bildirib ki, gündəliyə "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi daxil edilib.

Diqqətə çatdırılıb ki, qanun layihəsinə edilən təklifə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.