Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zərdab: əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir

06 Mart 2017
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da əhalinin növbəti kütləvi pulsuz tibbi müayinəsi davam edir.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 18 yaşdan yuxarı 35 min nəfərdən çox Zərdab sakininin tibbi müayinədən keçiriləcəyi gözlənilir.

Aksiya başlanandan, fevralın 15-dən bəri 6682 nəfər müayinədən keçib. Onlardan 337 nəfər ambulator, 11 nəfər stasionar müalicəyə cəlb edilib. 24 nəfər isə müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.

Sakinlərin tibbi müayinəsi hər cür lazımi şərait yaradılan rayon mərkəzi xəstəxanasında, Körpükənd və Məlikli kənd sahə xəstəxanalarında aparılır. Yaşayış məntəqələrinin sakinləri, idarə və təşkilatların kollektivləri tərtib olunan qrafik əsasında hər gün məntəqələrə gəlir, həkimlər tərəfindən müayinə olunurlar. Artıq 86 idarə və təşkilatda müayinə başa çatıb. Xüsusi səyyar briqada gəlmək imkanı olmayan ahıl insanların müayinəsini evlərində həyata keçirir.