Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər: Güclü maqnit qasırğaları ehtimalı var

06 Mart 2017
Mütəxəssislər güclü maqnit qasırğaları ehtimalı barədə xəbərdarlıq ediblər.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, maqnit qasırğaları martın 16-da, 17-də və 23-də gözlənilir. Alimlərin fikrincə, Günəş fəallığının artması Yerin maqnit sahəsinə mənfi təsir göstərə bilər.

Həkimlər həmin günlərdə meteohəssas insanlara öz səhhətlərinə xüsusi fikir verməyi məsləhət görürlər.