Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı 8 Martda istirahət üçün turizm şəhərlərinin ilk beşliyinə daxil olub

06 Mart 2017
“RoomGuru.ru” otel axtarışı servisi 8 Martda rusiyalı turistlərin səyahət və istirahət edəcəyi ən populyar şəhərləri müəyyənləşdirib. Reytinq cari ildə martın 7-dən 9-dək ikilikdə qalmaq üçün otel və apartament bronları üzrə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Bakı 8 Martda rusiyalı turistlərin səyahəti və istirahəti baxımından beşinci yeri tutub.

“RoomGuru.ru” servisinin məlumatına görə, Bakıda mehmanxanada qalmaq rusiyalı turistlərə orta hesabla sutkada 2,9 min rubla başa gələcək. Minskdə isə bu məbləğ 3 min rubl edir.

“TurStat” agentliyinin məlumatına görə, 2017-ci ildə rusiyalıların bayram günlərində səfərləri ötən illə müqayisədə 10 faiz çoxalıb. Rusiyada isə Moskva, Sankt-Peterburq, Kazan, Soçi və Nijni Novqorod şəhərləri turistlərin istirahət etdiyi şəhərlərin ilk beşliyinə daxil edilib.

https://www.roomguru.ru “HotelsCombined.com” servisinin Rusiya saytıdır. “World Travel Awards” beynəlxalq münsiflər heyətinin məlumatına görə, “HotelsCombined.com” son dörd ildə dünyada otel axtarışı üzrə ən yaxşı sistem hesab olunur.