Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səfər başa çatdı

05 Mart 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola saldılar.