Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib

05 Mart 2017
Martın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

İmtahan saat 11.00-da başlanıb. İnşa (esse) yazan şagirdlər üçün imtahan saat 13.30-da, digər şagirdlər üçün isə saat 13.00-da başa çatıb.

Buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 79 imtahan mərkəzi təşkil olunub.

İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.