Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

04 Mart 2017
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 4-nə təyin edilmiş iclasında baxılacaq.