Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

04 Mart 2017
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846,  № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 9, maddə 1559, № 10, maddə 1608; № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788; Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 366-VQD nömrəli, 11 noyabr tarixli 387-VQD nömrəli, 396-VQD nömrəli, 29 noyabr tarixli 429-VQD nömrəli və 16 dekabr tarixli 457-VQD nömrəli qanunları) 596-cı maddəsinə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 fevral 2017-ci il