Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Böyük Britaniya alimləri “geyim-soyuducu” hazırlayırlar

02 Mart 2017
Böyük Britaniya alimləri “geyim-soyuducu”nun yaradılması üzərində işləyirlər. Ekspertlərin fikrincə, bu, kondisioneri əvəz edə biləcək.

AZƏRTAC runews24.ru saytına istinadla xəbər verir ki, “geyim-soyuducu” xüsusi liflər və polietilendən ibarət olacaq. Bunun sayəsində geyim güclü istidə belə insan orqanizmini soyuq saxlamağa imkan verəcək. Həmçinin orqanizmi ətraf mühitin bütün mümkün təsirlərindən qoruyacaq. Alimlər bildiriblər ki, geyim "rahat nəfəs" alacaq, havanı 90 faizədək keçirə biləcək.

Geyim üçün nəzərdə tutulan parçanın istehsalı nisbətən ucuz başa gələcək, çünki xammal kimi emal edilmiş plastikdən istifadə olunacaq.