Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram

02 Mart 2017
ABŞ-ın “Microsoft” korporasiyasının mühəndisləri gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram hazırlayıblar.

Yeni proqram fiziki imkanları məhdud olan insanlara ünsiyyət qurmaqda kömək göstərmək üçün nəzərdə tutulub.

AZƏRTAC “runews24.ru” saytına istinadla xəbər verir ki, məhsulun yaradılması zamanı “Microsoft” mühəndislərinə ABŞ-ın Vaşinqton Elmi Universitetinin mütəxəssisləri texniki dəstək göstəriblər. “Eye-gaze” adlandırılmış proqram videokameraya smartfon və ya fablet istifadəçilərinin gözlərinin hərəkətini izləməyə imkan verir. Proqram göz bəbəklərinin hərəkət trayektoriyasını yadda saxlayaraq məlumatları virtual klaviaturanın düymələrinə köçürərək modelləşdirə bilir.

Unikal proqramdan istifadə etdikdə mürəkkəb bir cümlənin yığılmasına bir dəqiqə yarım vaxt sərf olunacaq.