Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu yol bizi kəndimizə aparacaq...

28 Fevral 2017
 

Əslən Cəbrayıl rayonunun Əfəndilər kəndindənəm. 1993-cü ildən doğma el- obamızdan didərgin düşmüşük. Köçkünlük həyatı bizi ölkənin çox yerində yurd salmağa məcbur etdi. Doğrudur, vətənin o başı, bu başı olmaz - deyirlər. Hazırda ölkəmizin dilbər guşələrindən olan İsmayıllıda məskunlaşmışıq. Burada istər rayon rəhbərliyi, istərsə də yerli sakinlərdən həmişə hörmət görmüşük.

Buna baxmayaraq, insan üçün doğulub boya-başa çatdığı yeri əvəz edən heç nə yoxdur. İlk növbədə uşaqlıq xatirələri, ata-babadan qalma isti ocaq, doğmalarının uyuduğu qəbiristanlıqlar və daha nələr, nələr... Bunlar həmişə insanın içindən keçir, düşüncələrinə rahatlıq vermir və yenidən yurda dönmək həsrəti közərir...

Prezident İlham Əliyevin keçən ilin aprel döyüşlərindən sonra təhlükə riski azalan Cocuq Mərcanlının yenidən bərpası istiqamətində atdığı məqsədyönlü addımlar və real işlərə başlanması bizi çox sevndirdi. Yenidən o torpaqlara qayıtmaq ümidimiz daha da artdı. Bizim kəndi Cocuq Mərcanlıdan təxminən 15 kilometrlik məsafə ayırır. Cocuq Mərcanlıya çəkilən yolun çox keçmədən bizi də öz kəndimizə çatdıracağına ürəkdən inanırıq! Bizə bu inamı bəxş edən isə ölkə rəhbərinin əzmkarlığı, öz vətəndaşına daim sahib çıxması və ən əsası isə düşməni susdurmağa qadir olmasıdır.

 

Mübariz ABDULLAYEV,

məcburi köçkün