Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ASAN qatar”ın xidmətlərindən çox məmnunuq

28 Fevral 2017
 

Fevral ayından etibarən rayonumuzda fəaliyyətə başlayan “ASAN qatar”  sakinlərə rahatlıq gətirmişdir.

Burada əhaliyə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümum vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və sair sahələr üzrə heç bir problem olmadan yüksək səviyyədə xidmət göstərilir.

Hörmətli redaksiya! “ASAN qatar”ın xidmətindən mən də istifadə etdim. Qeyd edim ki, şəxsiyyət vəsiqəmin müddəti bitdiyindən vaxt tapıb onu dəyişdirə bilmirdim. Eşidəndə ki, “ASAN qatar” rayonumuzda fəaliyyətə başlayıb, tərəddüd etmədən ora getdim. Cəmi 20 dəqiqəyə yeni şəxsiyyət vəsiqəsi aldım. İşin bu cür təşkilindən məmnun qalan tək mən deyildim. Hamı oradan yüksək əhvali-ruhiyyə ilə ayrılırdı. Kimi bərkdən, kimi də ürəyində bu işin təşəbbüskarı olan ölkə rəhbəri İlham Əliyevə minnətdarlığını bildirirdi.

 

Məhəmməd QULİYEV,

Qazax rayon sakini