Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Marsın yeni şəkli alimləri təəccübləndirib

25 Fevral 2017
Marsdan çəkilmiş şəkil bu dəfə NASA alimləri və sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

AZƏRTAC rueconomics.ru saytına istinadla xəbər verir ki, şəkildə planetin səthinin xırda dənəvər materialdan ibarət olduğu aydın görünür. Mütəxəssislərin fikrincə, onun altında qiymətli dağ süxurlarının yataqlarını, hətta gələcəkdə su da tapmaq olar.

Alimlər bildiriblər ki, Marsın yeni şəkli onları təəccübləndirib. Çünki onlar planetdə bu qədər faydalı qazıntının olacağını gözləmirdilər.